Gömrük əməkdaşlarının məhkəmə istintaqı yekunlaşdı

Prokuror univermağın baş mühasibinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırsa da, vəsatət təmin etməyib

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Prokuror univermağın baş mühasibinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırsa da, vəsatət təmin etməyib

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qanunsuz yolla qızıl-zinət əşyaları keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində “Moskva” Univermağında kassa nəzarətçisi işləyən Adil Məmmədov ifadə verərək bildirib ki, bu işlə bağlı alınan qızıllara qəbz verib. O bildirib ki, “Moskva” univermağındakı mağazalar bir neçə hissəyə ayrılır. Həmin hissələrin də ayrı-ayrı kassası var. O da həmin kassalardan birinə nəzarət edir: “İşim satılan qızıl-zinət əşyalarına görə qəbz verməkdir. Satıcı nə qədər məbləğ deyirsə, onu vururam”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid deyib ki, “Moskva” univermağında ticarətlə məşğul olan şəxslərin hər birinin mağazasında kassa yoxdur. Prokuror isə bunun qanunsuzluq olduğunu deyib. Dövlət ittihamçısı şahiddən bu şəkildə fəaliyyətə kimin icazə verdiyini soruşub. Şahid isə deyib ki, bu idarə heyəti və baş mühasibatlıqdan verilən göstərişdir. Prokuror univermağın baş mühasibinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırsa da, vəsatət təmin etməyib.

Daha sonra iclasda məhkəmə istintaqının başa çatması elan edilib. Proses noyabrın 10-da davam edəcək və həmin gün prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

İş üzrə təqsirləndirilən şəxslərdən Neman Abbasov və Türkmənistan vətəndaşı Baylıyev Amanmuhammed barəsində həbs-qətimkan tədbiri seçilib. Digərləri isə zamindədir.

İttiham aktında bildirilir ki, Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyiblər.

Təqsirləndirilən şəxslərdən N. Abbasov, DGK-nın inspektoru vəzifəsində işləyib. Digər təqsirləndirilən şəxslər isə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və qızıl alverçisi Ziyafət Qurbanovadır. Türkmənistan vətəndaşına qızılları da Ziyafət Qurbanova satıb.

Onlar Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.

Ana səhifəXəbərlərGömrük əməkdaşlarının məhkəmə istintaqı yekunlaşdı