Girov götürülmüş azərbaycanlıların apellyasiya şikayətinə baxılır

Xankəndi Apellyasiya Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətini araşdırır

Source:


Xankəndi Apellyasiya Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətini araşdırır

Fevralın 26-da Xankəndində Apellyasiya Məhkəməsinin həbs edilmiş iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə iclası keçirilib. Bu keçmiş Kəlbəcər sakinləri ermənilər tərəfindən həbs edilib və diversiyaçı kimi mühakimə edilib.

“Turan” İA-nin məlumatına görə, bu gün təqsirləndirilən şəxslərin vəkilləri Erik Beqlaryan və Arkadi İsraelyan birinci instansiya məhkəməsinin qərarından şikayət veriblər.

Əsgərov və Quliyev öz şikayətlərində qeyd ediblər ki, məhkəmənin qərarı ilə razı deyillər, belə ki, onlar cəbhə xəttini keçərkən bunu qanunsuz etdiklərini dərk etmirdilər, bundan başqa, onlar adam öldürmə ittihamını qəbul etmirlər.

“Mənim Azərbaycan xüsusi xidmətləri ilə əlaqəm yoxdur və qrupumuzun üçüncü üzvü Həsən Həsənovun xüsusi xidmətlərin əməkdaşı olub-olmadığını bilmirəm. Mən gənci öldürməmişəm, onu Həsənov öldürüb”, deyə Əsgərov bildirib. Quliyev qeyd edib ki, özünü heç bir ittiham maddəsi üzrə təqsirli bilmir. Hər ikisi təsdiq ediblər ki, Kəlbəcərə doğma yerləri və yaxınlarının məzarlarını ziyarət etmək üçün gəliblər.

Məhkəmənin növbəti iclası martın 10-da keçiriləcək.

Şahbaz Quliyev (1968 təvəllüdlü), Dilqəm Əsgərov (1960) və Həsən Həsənov 29 iyun 2014-cü il tarixində Kəlbəcər rayonu ərazisinə (1993-cü ildə ermənilər tərəfindən işğal edilib) keçiblər. Ermənilər iddia edirlər ki, onlar kəşfiyyatla məşğul olurdular və Azərbaycan hakimiyyətindən xüsusi tapşırıqları var idi. Onlar bir gəncin və erməni zabitinin oğurlanmasında və öldürülməsində ittiham olunurlar.

29 dekabr 2014-cü ildə Əsgərov ömürlük, Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərGirov götürülmüş azərbaycanlıların apellyasiya şikayətinə baxılır