GİPA-da azərbaycanlı və erməni tələbələr arasında insident yaşanıb (Yenilənib)

Erməni tələbələr dərsə “erməni soyqırımı”nı təbliğ edən paltarlarda gəliblər

Source:

Erməni tələbələr dərsə “erməni soyqırımı”nı təbliğ edən paltarlarda gəliblər

Aprelin 17-də Tbilisidə Gürcüstan İctimai İşlər İnstitutunda (GİPA) erməni və azərbaycanlı tələbələr arasında narazılıq yaşanıb. Bu barədə məlumatı hazırda Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı öz facebook səhifəsində yayıb. Onun sözlərinə görə, GİPA-da oxuyan ermənilər dərsə “erməni soyqırımı”nı təbliğ edən paltarlarda gəliblər. Azərbaycanlı tələbələr isə dərsə girməkdən imtina ediblər. Xeyli gərginlik yaşanıb: “Və bu gərginlik 1 il davam edəcəyi şübhəsizdir. Cünki bu gənclər 1 il bir yerdə oxumalıdırlar və onların arasında hansısa səmimi münasibətlərin yaranacağı nağıl söhbətdir”.

Faktı Meydan TV-yə GİPA-da təhsil alan azərbaycanlı tələbələr də təsdiqləyiblər. Onların sözlərinə görə, məsələ ilə bağlı institut rəhbərliyinə şikayət edilib, tələbələrin GİPA-da təhsil almasına şərait yaradan ABŞ-ın Azərbaycandakı səfirliyinə məlumat verilib. Ancaq hələlik heç bir ölçü götürülməyib: “Erməni tələbələr hələ də həmin köynəkdə gəzirlər. Ona görə də biz dərsə girmirik”.

Amerika səfirliyinin mətbuat xidmətindən sorğumuza bildiriblər ki, olaydan xəbərdardırlar: “Biz belə başa düşürük ki, institutun rəhbərliyi məsələni yüksək peşəkar səviyyədə həll edib”.

Hələlik institut rəhbərliyi hadisə ilə bağlı açıqlama verməyib.

Ana səhifəXəbərlərGİPA-da azərbaycanlı və erməni tələbələr arasında insident yaşanıb (Yenilənib)