”Gilan Holdinq”dən: ”Bütün işçilər məvaciblərini aldı”

Qurumun mətbuat xidməti gecikmənin 3 ay deyil, 1 ay olduğunu deyir

Source:
Gilan Holding
Gilan Holding


Qurumun mətbuat xidməti gecikmənin 3 ay deyil, 1 ay olduğunu deyir

“Əslində problem o qədər böyük deyildi. Sadəcə, işçilər bir az şişirdiblər. Görünür emossiyalara qapılıblar”.

Bu sözləri Meydan TV-yə “Gilan Holdinq”-in mətbuat xidmətinin rəhbəri Aytən İbrahimova deyib. Onun sözlərinə görə, məvaciblər, işçilərin dediyi kimi 3 ay deyil, 1 ay gecikib: “Bir ay idi ki, əmək haqlarında gecikmə olmuşdu. O da son dövrlərdə bir çox iş yerində olub. Məsələ məlumdur. İki gün öncə bütün işçilər əmək haqlarını aldılar. Əslində, biz onlara əvvəlcədən gecikmə olacağı ilə bağlı xəbərdarlıq etmişdik. Görünür onlar düşünüblər ki, birdən şirkət onların əmək haqqını verməz və bunun da qabağını almaq üçün şikayət ediblər. İndiyə qədər bizim şirkətdə belə problem olmayıb. Sadəcə, bir az problem var idi. O da həll oldu”.

Fevralın 3-də “Gilan İnşaat” MMC-də çalışıb, əmək haqqı ala bilməyən işçilər Mərkəzi Gömrük Hospitalının yanındakı baş ofisin qarşısına toplaşmışdılar. Onlar 3 aylıq əmək haqlarını

tələb edirdilər.

Ana səhifəXəbərlər”Gilan Holdinq”dən: ”Bütün işçilər məvaciblərini aldı”