Gennadi Zyuqanov: “Türkiyə ilə diplomatik əlaqələri kəsmək lazım deyil”

“İndiki şəraitdə iki ölkə arasında danışıqlar yaxşı nəticə verə bilər”

Source:


“İndiki şəraitdə iki ölkə arasında danışıqlar yaxşı nəticə verə bilər”

Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsinin əleyhinə olduğunu bəyan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, G. Zyuqanov Su-24 qırıcının vurulmasından sonra Rusiyanın Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsində məna görmədiyini bildirib.

“Fikrimcə, indiki şəraitdə iki ölkə arasında danışıqlar yaxşı nəticə verə bilər”, – deyə o qeyd edib.

G. Zyuqanovun sözlərinə görə, bəzi kommunistlərin Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı təkliflərini partiyanın mövqeyi kimi qəbul etmək düzgün deyil”.

Ana səhifəXəbərlərGennadi Zyuqanov: “Türkiyə ilə diplomatik əlaqələri kəsmək lazım deyil”