Generalın oğlu sərbəst buraxıldı

Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb

Source:

Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayevin oğluna hökm elan olunub.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Tamerlan Əsədullayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O, bu il aprelin 10-da Yasamal rayonundakı “Senator” restoranında baş verən dava və bir nəfərin bıçaqlanmasına görə məhkəməyə cəlb edilmişdi.

Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı cinayət işi açılmış və Yasamal rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Ana səhifəXəbərlərGeneralın oğlu sərbəst buraxıldı