Generalın mənzili

Mənbə: meydan tv

Başlıq: Generalın mənzili

''General Balakişi Ərəblinskinin məzarı yox olmaq üzrədir''

Dərbənddə yaşayan azərbaycanlılar məzarlığa baxımsızlıqdan şikayətçidirlər

Dərbənddə yerləşən ən böyük və qədim türk qəbiristanlığı “Qırxlar”da dəfn edilmiş azərbaycanlı general Balakişi Ərəblinskinin məzarı yox olmaq üzrədir.

Dərbənd sakini Şahin Məmmədov Meydan TV-yə bildirib ki, baxımsızlıq ucbatından generalın qəbiri çatlayıb, dağılıb, başdaşı əyilib. Onun sözlərinə görə, ən böyük qəbiristanlıq bura olsa da, baxan yoxdur:

“Uzun illərdir ki, Azərbaycanın bu cür böyük oğlunun qəbiri gördüyünüz kimi bərbad vəziyyətdədir. Baxan yoxdur, ot-alaf basıb, uçub-dağılır. Bu, bizim fəxrimizdir, tariximzdir. Tariximizi ayaq altına atıb, məhv etmək istəyirlər. Tariximizə sahib çıxmaq lazımdır. Hər bir insan vətənpərvər olmalıdır”.

məzarı

məzarı

Mənbə: meydan.tv

Şikayətçi bildirir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət olunub, məktublar yazılıb, lakin nəticəsiz qalıb:

“Maraqlanan yoxdur, gəlib baxmırlar. Ümidimiz Bakıyadır, əlac onlara qalıb ki, bəlkə nəsə edərlər. Məzarın ətrafını sahmana salsalar, səliqə yaratsalar, yaxşı olar. Başdaşının, qəbir yerinin dağılmasının qarşısını almaq lazımdır”.

məzarı

məzarı

Mənbə: meydan.tv

Balakişi bəy Əli bəy oğlu Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olub. 1948-ci ildə Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu bitirib. Müxtəlif hissələrdə xidmət edən Ərəblinski gənc yaşlarında podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilib. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak edib. General-leytenant Balakişi Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan azərbaycanlı olub. 1896-cı ildə istefaya çıxan Ərəblinski Dərbəndə qayıdıb və ömrünün axırına kimi orada yaşayıb. O, 1902-ci ilin yanvarında Dərbənddə vəfat edib və qədim “Qırxlar” qəbiristanlığında dəfn olunub.

Qırxlar məzarlığı

Qırxlar məzarlığı

Mənbə: meydan tv

Dərbənd yaxınlığındakı kənd və stansiya indi də onun adını daşıyır.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Meydan TV-yə bildirilib ki, azərbaycanlı generalın məzarının dağılması ilə bağlı onlara heç bir məlumat daxil olmayıb:

“Onlarla yalnız orada fəaliyyət göstərən Dövlət Azərbaycan Dram Teatrının bina problemi ilə bağlı danışıqlar gedir. Ərəblinskinin məzarı ilə bağlı məsələni diqqətdə saxlayacağıq”.

mənzili

mənzili

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8rmm5x

Ən çox baxılan