“Gənclər dərhal azadlığa buraxılsın!”

“Amnesty İnternational” NİDA-çıların azadlığa buraxılması kampaniyasına başladı

Source:


“Amnesty İnternational” NİDA-çıların azadlığa buraxılması kampaniyasına başladı

“Mayın 14-də Azərbaycanın  Avropa  Şurasının Nazirlər  Komitəsində altıaylıq sədrliyi  ərəfəsində  ölkə prezidentini  gəncləri  dərhal azad etməyə çağırırıq”

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational) hazırda məhkəməsi gedən NİDA Vətəndaş Hərəkatı  fəallarının azadlığa buraxılması üçün  imzatoplanma kampaniyasına  start verib. Bu barədə təşkilat öz


saytında


məlumat yayıb.

Aİ-nin müraciətində bildirilir ki, gənc fəallar dərhal azadlığa buraxılsın. Təşkilat gənclərdən bəzilərinin işğəncələrə məruz qaldığını bəyan edərək xatırladır ki, xüsusın 17 yaşlı Şahin Novruzlunun 4 dişi sındırılıb: “Məmməd Əzizov müvəqqəti olaraq bir qulağından kar olub”.

Aİ gənclərin ifadə azadlığının və  dinc etirazların təşkilinə görə təqib olunduğunu hesab edib: “Mayın 14-də Azərbaycanın  Avropa  Şurasının Nazirlər  Komitəsində altıaylıq sədrliyi  ərəfəsində  ölkə prezidentini  gəncləri  dərhal azad etməyə çağırırıq”.


NİDA təşkilatının 8 fəalı 2013-cü ilin mart-may aylarında həbs olunub. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Onlara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq,  xuliqanlıq ittihamları irəli sürülüb.

Ana səhifəXəbərlər“Gənclər dərhal azadlığa buraxılsın!”