Gəncədə müəllimlərdən pul yığılır

Şəhər məktəblərinin əksəriyyətindən müəllimlərdən maliyyə yoxlamaları adı ilə müxtəlif məbləğlərdə vəsait toplanır.

Source:


Şəhər məktəblərinin əksəriyyətindən müəllimlərdən maliyyə yoxlamaları adı ilə müxtəlif məbləğlərdə vəsait toplanır.

Meydan TV-nin elektron ünvanına mürəciət edən bir neçə vətəndaş onlardan maliyyə yoxlaması adı ilə bir həftədən çoxdur ki, pul yığıldığını bildiriblər. Adının çəkilməsini istəməyən bir müəllimə məktubunda bunları qeyd edir:

“Səbəb kimi isə göstərirlər ki, maliyyədən Gəncəyə komissiya gəlib və bütün məktəblər hər müəllimdən adambaşına 100-150 manat verilməlidir. İnanın çox acınacaqlı vəziyyətdir. Cünki cəmi yuz manat alan müəllimlər var. Sizə də əlacsızlıqdan yazıram. Mən düşünürəm ki, əgər kimsı siz və ya bu tip geniş kütləyə xitab ede bilen kimsə bunu yazsa, yəqin ki, çox insan təstiqləyər. Mən öz adımı açıqlamağa bele qorxuram, çünki bilirəm ki izləyirlər”.

Müraciət edən müəllimlər tələb olunan pulun verilməsi ilə bağlı onlara Novruz bayramınacan vaxt qoyulduğunu da bildirirlər.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov isə deyir ki, müəllimlərdən toplanan vəsaitlər tam qanunidir. Onun sözlərinə görə, bu, məktəblərdə aparılan maliyyə nəzarət yoxlamaları ilə bağlıdır və heç də hamıdan 100-150 manat toplanmır:

“Bu təxminən son bir ildə məktəblərdə işçilərin maaşlarında iş stajının yazılmasında və ya başqa səbəbdən səhv hesablamalar aparılan zamanı əlavə ödənişlərin geri alınaraq büdcəyə qaytarılması ilə bağlıdı. Elə adam var, 100 manatdan çoxdu, elə adam var 7 manatdır cəmisi”.

Pulların təcili toplanmasına gəlincə, Zakir Hüseynov deyir ki, kim ki, daha çox pul geri qaytarmalıdırsa, o hissə-hissə də ödəyə bilər.

Gəncədə 40 orta təhsil müəssisəsi var və bu sözügedən yoxlamalar onların hamisini əhatə edir.

Ana səhifəXəbərlərGəncədə müəllimlərdən pul yığılır