“Saxlanılanlardan qumbara və patron aşkarlanıb”
Dekabrın 2-də polis əməkdaşları “Müsəlman Birliyi” hərəkatının üç tərəfdarını saxlayıb.
Məlumatı DİN yayıb.
Saxlanılanlardan biri Gəncə sakini Elnur Cabbarovdur, ondan iki F-1 qumbarası və dini ədəbiyyat (“Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadənin müraciəti) götürülüb.
Həmçinin, gəncədə yerli sakin Elnur Mehdiyev saxlanılıb, onun üzərində dörd qumbara, iki sandıq, 57 avtomat gülləsi, dini kitablar və kitabçalar aşkar edilib.
Bundan başqa, Sabirabad rayon polis idarəsinin əməkdaşları noyabrın 30-da həbs edilmiş Mötəbər Babayevin Nardaran hadisələrində iştirakını müəyyən edib. Xüsusən, “Müsəlman Birliyi” hərəkatının üzvlərindən Rövşən adlı birinin ona saxlamaq üçün avtomat verdiyi müəyyən edilib. Babayevin Xankeçən kəndi yaxınlığında gizlətdiyi yerdən AKMS avtomatı, bir sandıq və 38 güllə götürülüb.
Bakı şəhəri Binəqədi RPİ əməkdaşları “Müsəlman Birliyi” hərəkatının tərəfdarı olan Elgün Axundovu saxlayıb. Onun mənzilindən iki qumbara və 22 patron aşkar edilib.