Gəncə sakinlərinin evləri zorla əllərindən alınır


“Mən bu zülümü çəkirəm. Görün nə gündədir”.

Gəncənin Nizami küçəsinin 71 yaşlı sakini Cəmilə Qurbanova şəhər İcra Hakimiyyəti tərəfindən burada aparılan yol genişləndirilməsi zamanı sökülənən evinin hələ də təmir olunmamasından narazılıq edir. Onun sözlərinə görə, qurumdan təmirlə bağlı vəd verilsə də, üstündən bir il keçməsinə baxamyaraq hələ də tədbir görülmür: “İstəyim odur ki mənim şikayətimə baxsınlar. Tozun- torpağın içində yaşayıram”.

Gəncə sakinləri sökülən evlərinin kompensasiyasını ala bilmir

Gəncənin Nizami küçəsində yol genişləndirmə layihəsi adı altında 100-dən artıq ailənin ev problemi yaranıb. Sakinlər bildirilər ki, layihə zamanı onlara nəzərdə tutulan kompensasiyalar hələ də verilməyib. Bir neçə sakinə evi plana düşdüyünə görə torpaq sahəsi verilsə də, onun da sənədləşməsi yoxdur. Pərviz Qarayev bildiri ki, ona Gəncənin Avtozavod adalanan ərazisində 5 sot torpaq verilməsi bildirilsə də bu vaxta kimi heç bir sənədləşəmə aparılmayıb: “Deyirlər ki, İcra başçısı bütün sakinlərə eyni vaxtda sənə paylayacaq. Mənim evimi sökəndə bildirdilər ki, əlavə otaq tikəcəklər. O da tam hazır deyil. Küçədə görünən hissələri üstdən təmir etdilər. O da Prezidentin gəlməsinə görə idi”

Nizami küçəsinin digər sakini Pərviz Əliyev isə bildirir ki, küçədə yaşayan sakinləri polislə hədələyirlər və evlərindən çıxmalarını tələb edirlər: “Mən şəxsən nə bir kompensasiya gördüm, nə hökümət tərəfindən yardım gördüm. Evimi verdilər traxtorun qabağına. Şəhər rəsmiləri dağıtdılar. Dedilər iki aya sizə hər şey veriləcək. Vermədilər. Bütün qonşular pis gündə yaşayır. Onları qorxudurlar ki, şikayət etməsinlər. yoxsa tutulacaqlar”.


Evi başınıza uçurdacağıq

Gülşən Qasımovanın bacısına da deyiblər ki, evini tərk etməlidir: “Dedilər ki evi başınıza uçuracağıq, evdən çıxın gedib. bunlar da evi qoyub gecəynən səhərə yaxın gediblər. Gedəndən sonra da bir gün keçib ikinci gün bunun evini söküblər. Gecəynən söküblər evi. Bir günə də təmiz tikiblər. Icra hakimiyyəti də bu işlə əlaqədardır. Icra hakimiyyətinin müvini də bu işlə əlaqədardır, bələdiyyə də. Prezident aparatına kimi gedib çıxmışıq”.


Nəqliyyat Nazirliyində bu barədə məlumat yoxdur

Sözü gedən ərazidə sakinlərin evləri ilə bağlı problem yaradan yolgenişləndirmə layihəsi barədə Nəqliyyat Nazirliyinin mətbat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki bununla bağlı qurumda məlumat yoxdur: “Gəncə daxil olmaqla bütün şəhərlərdə şəhərdaxili küçələr İcra Hakimiyyəti tərəfindən yenidən qurulur. Təmir olunur. Ancaq biz regionlarda dairəvi və magistral yolları çəkirik. Orda o işlərlə məşğuluq. Tunellər yol qovuşaqları. Şəhər daxilindəki yollar mövcud İcra Hakimiyyətləri tərəfindən təmir olunur. O nöqteyi nəzərdən mənim həmin küçə ilə bağlı məlumatım yoxdur”.

Layihə və sakinlərin problemləri ilə bağlı yaranan sualalra cavab almaq üçün dəfələrlə Gəncə şəhər icra Hakimiyyəti ilə əlaqə saxlasaq da, qurumdan bildirildi ki, kimin nə şikayəti varsa, versin məhkəməyə.

Ana səhifəVideoGəncə sakinlərinin evləri zorla əllərindən alınır