Gəncə polisi əl izini yox, qan izini araşdırır

Həsən Hüseynlinin vəkili ekspertizayla bağlı etiraz edib

Source:


Həsən Hüseynlinin vəkili ekspertizayla bağlı etiraz edib

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin istintaq işində dəlil-sübut kimi keçən bıçaq ekspertizaya göndərilib. Bu barədə “Mediaforum” saytına Həsən Hüseynlinin özü məlumat verib.

Onun sözlərinə görə, ötən şənbə protokolla tanış etmək üçün onu polis şöbəsinə çağırıblar: “Zərərçəkəndən və bıçaqdan qan analizi götürüb ekspertizaya göndəriblər. Məni bu haqda məlumatlandırdılar. Qəribədir, qan analizindən vacib barmaq izlərinin götürülməsidir. Vəkilim də bu haqda etirazını bildirib. Amma qan izlərini vacib bilirlər. Protokolda da yalnız qan izlərinin ekspertizası göstərilib”.

Martın 31-i Gəncədə tutulan, aprelin 2-də polis nəzarətinə verilməklə azad olunan “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin üstündə cinayət işi var, o, Gəncə sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Ana səhifəXəbərlərGəncə polisi əl izini yox, qan izini araşdırır