Gəncə məhkəmələrində nə baş verir? (VİDEO)

“Məhkəmə özünü zərərçəkmiş adlandıran şəxsin yalanı üzəridnə qurulub”

Bu fikirləri Kamil Vətəndaş Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli onun barəsində açılan cinayət işi ilə bağlı məhkəmə iclasından sonra Meydan TV-yə veridyi müsahibəsində bildirirb.

İyunun 23-də Gəncə Şəhər Məhkəməsində Həsən Hüseynlinin işi ilə bağlı şahid dindirmələri olub. Hakim Ayaz Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə zamanı  şahidlər-Aygün Abbasova, Cəmilə Gülməmmədova və Gündüz İsmayılovla, zərərçəkmiş qismində Arzu Qəhrəmanov dindildi.


Prokurror Aleksey Abbasov: “V


ə


t


ə


nda


şı


n bir


ç


ox m


ə


hk


ə


m


ə


l


ə


rd


ə


hal-


ş


ahidi kimi i


ş


tirak etm


ə


si onun h


ü


ququdur”

 Zərərçəkmiş qismində ifadə verən Arzu Qəhrəmanov müdafiə tərəfin vəkili olan Əlayif Həsənovun suallarına cavab verməkdən imtina edərək, ona “vəkil-zad” ifadələri işlətdi. Özü barədə məlumat verərkən isə heç bir yerdə işləmədiyini bildirdi. Vəkilin onun başqa cinayət işlərində hal şahidi qismində iştirak etməsi ilə bağlı fikirinə isə aydınlıq gətirməkdən imtina etdi. Məhkəmədə vəkil Əlayif Həsənov zəzərçəkmişin son beş ildə müxtəlif işlərdə zərərçəkmiş qismində iştirak etməsi ilə bağlı vəsadətin təmin olunmasını istəsə də, prokurror Aleksey Abbasov bunu vətəndaşın hüququ kimi qiymətləndirdi və sualı milli mentalitetdən kənar hesab etdi. Daha sonra isə hakim həmin vəsadəti rədd etdi.



Ş


ahid: “Adamaox


ş


amaz biri var idi orda”

 Birinci şahid qismində Aygün Abbasova məhkəməyə çağırıldı. O səhhətindəki problemləri əsas gətirərək yazdığı izahatı təsdiqlədiyini və digər suallara cavab verə bilməyəcəyini vurğuladı. Lakin Əlayif Həsənovun hakimdən Abbasovanın səhhətini nəzərə alaraq sonra dindirilməsi xahiş edildikdən sonra suallara cavab verəcəyini bildirdi.

Müdafiə tərəfin suallarına aqressiv cavab verən Aygün Abbasova həyat yoldaşının Şəhid olduğunu bildirsə də, izahatda evli olduğunu göstərdiyi üzə çıxdı. Vəkil, – izahatı özünüz yazıbsınızsa, niyə burada evli olduğunuzu göstəribsiz?,- sualını verərkən isə Abbasova bunu müstəntiqin boynuna atdı, onu təhqir edərək, səriştəsizlikdə ittiham etdi. “Yoldaş “sudya” hamısı qurban olsun sizə”, -deyən, Aygün Abbasova bundan sonra vəkilin və hakimin verdiyi sualalra qeyri-ciddi cavablar verməyə başladı.

 İkinci şahid Cəmilə Gülməmmədova hadisə zamanı Arzu Qəhrəmanovun Həsən Hüseynli tərəfindən bıçaq zərbəsinə məruq qaldığını bildirsə də vəkilin qanla bağlı verdiyi suala izahatda yazdığının əksini söylədi. Məhkəmədə onun 31 mart tarixində 102-yə zəng etməsi də şübhə altına düşdü.

 “Hadisədən 10-15 dəqiqə keçməmiş, 102-xidmətinə zəng edərək məlumat verdim”,- deyən, Cəmilə Gülmədovaya müdafiə tərəfin vəkili bildirdi ki, Nazirlikdən onlara Gülməmmədovaya məxsus nömrədən heç bir zəngin gəlmədiyi bildirilib.


“G


ün ərzində Gəncədə beş-altı bıçaqlanma hadisəsi baş verir”


Məhkəmənin sonunda polis işçisi Gündüz İsmayılovun ifadəsi dinlənildi. O isə bildirdi ki, gün ərzində Gəncədə beş-altı bıçaqlanma hadisəsi baş verir, hamısını yaddaşında saxlaya bilmir. Bu səbəbdən də hadisənin detalları barədə məlumat verə bilmir.

 Məhkəmədə dindirlinən şahidlərin ifadələrinin ziddiyətli olması ilə bağlı vəkil Əlayif Həsənov Meydan TV-yə müsahibəsində bildirdi ki, əgər hadisə 31 mart tarixində baş veribsə, bütün olaylar həmin ərazidəki kameralara düşüb.

“Şahidlərdən biri iddia edir ki onun mobil telefonundan dərhal 102 xidmətinə zəng edilib. Cinyət işinin materialı üzrə olan bu məlumat saxtalaşdırılıb. Açıq-aydın şəkildə pozulub, yenidən yazılıb. Bununla bağlı vəsadətimiz sabah məhkəməyə təqdim ediləcək”.

Həsən Hüseynli də şahidlərin dediklərində yalanların olduğunu bildirir və əlavə edir ki, ekspertiza rəyinə əsasən bıçaqda onun əl izi də tapılmayıb.

Məhkəmə açıq olsa da jurnalistlərin çəkiliş aparmasına icazə verilmədi. Məhkəmə bitdikdən sonra çəkiliş etmək istəyən Azadlıq Radiosunun bölgə müxbiri Gülnur Həsənovaya qarşı isə təzyiqlər oldu.

Həsən Hüseynli Arzu Qəhrəmanova 31 mart tarixində bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə araşdırır.

 Məhkəmə 24 iyun saat 10:00-a kimi təxirə salındı.

Ana səhifəVideoGəncə məhkəmələrində nə baş verir? (VİDEO)