”Övladı valideyni ilə sınağa çəkən rejimlə üz-üzəyik”
Gələcək Azərbaycan Partiyasının fəalı, Demokratik Gənclər Hərəkatının sədri İsmayıl İslamoğlunun atası İslam Nadirovun Şirvan Rayon Polis İdarəsində saxlandığı bildirilir. Bu barədə onun dostları ”Facebook”-da yazıb.
Bildirirlər ki, İsmayıl İslamoğlunun Şirvan Rayon Polis İdarəsinə gəlməsi qarşılığında atasının azad ediləcəyi söylənib.
”Nə var ki, İsmayıl İslamoğlu Siyasi Məhbuslarla bağlı konfrans təşkil edib və qarşıdakı günlərdə mitinq keçirilməsi üçün təşəbbüslə çıxış edib. Hazırda atasının buraxılması qarşılığında İsmayıl İslamoğlunu Yasamal Rayon 27-ci polis bölməsinə dəvət ediblər. Hazırda o, 27-ci polis bölməsində saxlanılır”.
Dostları oğluna görə atasının saxlanmasını doğru hesab etmirlər:
”Övladı valideyni ilə sınağa çəkən bir rejimlə üz-üzə qalmışıq. Hakimiyyət öz əməli ilə özü-özünü ifşa etməkdə davam edir!”