Millətçi Gənclər Təşkilatının üzvü polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilib
Millətçi Gənclər Təşkilatlının İdarə Heyətinin üzvü Zakir Kərimli fevralın 19-da həbs edilib.
Məlumatı Meydan TV-yə təşkilatdan veriblər.
Yasamal Rayon Məhkəməsi Zakir Kərimlini İnzibati Xətalar Məcəlləsinin 531.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə ittiham edilərək 15 sutka azadlıqdan məhrum edib.
Zakir Kərimli Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsidir.
Bildirilir ki, məhkəmə qapalı keçirilib:
“Ona tutulan vəkili qəbul etməyib. Vəkil prosesdə onu qanunamüvafiq şəkildə müdafiə etməyib”.