”Səbəb soruşdum, dedilər bir məsələ var onu aydınlaşdırmaq üçün çağırırıq”
Gənc fəal Amid Süleymanov polis bölməsinə çağırılıb. O bu barədə “Facebook” səhifəsində yazıb.
Bildirib ki, oktyabrın 1-i səhər saat 8-də 5-ci polis bölməsində olmalıdır:
“Bu gün getməliydim zəng vurdular ki, sabah gələrsən, gecikmə. Səbəb soruşdum, dedilər bir məsələ var onu aydınlaşdırmaq üçün çağırırıq. Bölmədə ətraflı danışarıq sonra gedərsən”.
Amid Süleymanovu mayın 25-də polis saxlamışdı. Gənc fəala 10 sutka inzibati həbs cəzası verilmişdi.