Vəsait ötən ilə nisbətdə 8 milyon artırılır
2020-ci ilin dövlət büdcəsindən Milli Məclisin və Aparatının saxlanması üçün 45 milyon 488 min 15 manat ayrılacaq.
“Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində xərclər məbləğ belə bölüşdürülüb:
– Əməyin ödənişi fondu – 36 milyon 105 min 1 manat;
Ştatda olan işçilərin əmək haqqı – 24 milyon 105 min 480 manat;
Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat;
Ekspertlərin əmək haqqı – 427.680 manat;
Milli Məclisin aparatı üzrə əmək haqqı – 8 milyon 825 min 280 manat;
Deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min manat;
Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı – 4 milyon 7995 min 5960 manat;
Dövlət qulluğu ilə əlaqədar əlavələr – 2 milyon 229 min 840 manat;
Ştatdankənar işçilərin əmək haqqı – 30 min 500 manat;
Əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 5 milyon 218 min 605 manat.
2019-cu il üçün Milli Məclisin saxlanılma xərcləri 37,17 mln. manat müəyyən edilmişdi.