Gələn ilin büdcəsində maaş artımı üçün əlavə vəsait nəzərdə tutulub

”2017-ci ildən gözlənti nədir?”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”2017-ci ildən gözlənti nədir?”

2017-ci ilin dövlət büdcəsində maaşların artımı üçün 245 mln. manat ayrılması proqnozlaşdırılır. Bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində qeyd edilib.

İqtisadçı Rövşən Ağayev “Facebook”da yazır ki, inflyasiya pul qazananların gəlirini yediyi, böhranın onsuz da məhdud olan iş yerlərini əjdaha kimi udduğu dövrdə cəmiyyətin büdcədən gözləntiləri birə iki artır.

Büdcədən maaş, pensiya, müavinət alanlar üçün əsas sual bu olur: Büdcə onların sosial qayğısını nəzərə alıbmı?

İqtisadçı deyir ki, xüsusilə də nəzərə almaq lazımdır ki, son 2 ildə 2 dəfədən çox dəyər itirən milli valyuta insanların ən zəruri istehlak xərclərini ən azı 40-45 faiz artırıb.

Bunun müqabilində büdcə işçilərinin maaşları 2015-2016-cı illərdə cəmi 10 faiz artmışdı:

“Gələn ilin büdcəsində maaşların artımı üçün 245 mln. manat ayrılması proqnozlaşdırılır. 2016-cı ilin yenidən baxılan büdcəsində əmək haqqı fondu üçün 3.833 mlrd. manat nəzərdə tutulmuşdu. 2017-ci ilin proqnozunda 4.077 mlrd. manat nəzərdə tutulur. Öz növbəsində, 2016-cı ilin yenidən baxılan büdcəsində təhsil sektorunda əmək haqqı xərci kimi 1.229 mlrd. manat nəzərdə tutulmuşdu. Gələn il üzrə göstərici 1.247 mlrd. manatdır”.

Rövşən Ağayev deyir ki, səhiyyə bölməsi üzrə yenidən baxılan büdcədə 396 mln. manat nəzərdə tutulmuşdu, 2017-də 386 mln. manat proqnoz edilir:

“Məhkəmə və hüquq-mühafizə bölməsi üzrə əmək ödənişi xərcləri 2016-da 740 mln. nəzərdə tutulmuşdu, 2017-də 814 mln. manat proqnoz edilir. 2016-cı ilin yenidən baxılan büdcəsində sosial müdafiə bölməsində təqaüd və sosial müavinətlər üçün 1.974 mlrd. manat nəzərdə tutulmuşdu, 2017-də 1.966 mlrd. manat proqnoz edilir”.

Ana səhifəXəbərlərGələn ilin büdcəsində maaş artımı üçün əlavə vəsait nəzərdə tutulub