Gələn il üçün yaşayış minimumu 19 manat artırıldı

Natiq Cəfərli: ”Normal hesablasalar yaşayış minimumu indikindən 2 dəfə artıq olar”

Source:



Natiq Cəfərli: ”Normal hesablasalar yaşayış minimumu indikindən 2 dəfə artıq olar”

Prezident dekabrın 26-da “2017-ci il üçün yaşayış minimumu haqqında ” Qanunu təsdiqləyib.

Qanuna görə, gələn il Azərbaycanda yaşayış minimumu 155 manat olacaq. Əməkqabiliyyətli əhali üçün bu 164.5, pensiyaçılara üçün 130.2, uşaqlar üçünsə 136.6 manat məbləğində müəyyən edilib.

2016-cı ildə yaşayış minimumu 136 manat olub. Gələn il üçün 19 manatlıq artım nəzərdə tutulub.


Minimum yaşayış xərcləri reallıqla ayaqlaşırmı?

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkədə yaşayış minimumunun hesablanma qaydaları köhnəlib, indikatorlar sovetdən qalıb, bilərəkdən yeniləmirlər, dəyişmirlər, rəqəmlər iqtisadi deyil, siyasidir, məqsəd isə çox sadədir – normal hesablama aparsalar yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır:

“Bu zaman isə ölkədə minimum pensiya, minimum əmək haqqı da buna uyğun artırılmalıdır. Buna isə hökumətin nə pulu, nə həvəsi, nə də vətəndaş qarşısında öhdəliyi var. Nazirə, deputata ayda 155 manat verəsən, 30 gün 24 saat onların bu pulla necə yaşaması haqqında tok-şou çəkəsən, sonra da tv qabağında oturub keflə izləyəsən”.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib. Bu il isə bir dollar 1 manat 55 qəpikdən bir manat 76 qəpiyə qədər yüksəlib. “Qara bazar”da dollar bundan da yüksəkdir.

Ana səhifəXəbərlərGələn il üçün yaşayış minimumu 19 manat artırıldı