Gələn il Naxçıvana daha çox dotasiya ayrılacaq

Muxtar Respublikanın gəlir və xərcləri isə 355.3 milyon manat proqnozlaşdırılır

Source:

Muxtar Respublikanın gəlir və xərcləri isə 355.3 milyon manat proqnozlaşdırılır

2018-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 355.3 milyon manat proqnozlaşdırılır.

Bu, gələn il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Bunun muxtar respublikanın builki büdcəsindən təqribən 5 milyon manat artıq olduğu bildirilir.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiya da artırılıb. Artım təqribən 3 milyon manatdır.

Gələn il Naxçıvan Muxtar Respublikasına 281.9 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

Ana səhifəXəbərlərGələn il Naxçıvana daha çox dotasiya ayrılacaq