Gələcək Azərbaycan Partiyasının fəalı 30 sutka inzibati cəza alıb

Partiya fəalı kafedə görüş keçirərkən saxlanılıb

Source:
Tariyel Məmmədov
Tariyel Məmmədov
Tariyel Məmmədov
Tariyel Məmmədov


Partiya fəalı kafedə görüş keçirərkən saxlanılıb

Gələcək Azərbaycan Partiyasının (GAP) Suraxanı rayon təşkilatının üzvü Tariyel Məmmədov 30 sutka inzibati cəza alıb.

Tariyel Məmmədov iyulun 24-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Partiyanın mətbuat xidmətinin əməkdaşı Veysəl Əylisli Sabunçu Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

İdarədən bildiriblər ki, Tariyel Məmmədovu Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

Partiyadan Tariyel Məmmədovun Sabunçu rayonunda yerləşən kafelərin birində görüş keçirdiyi zaman saxlanıldığını deyiblər.

Partiyanın sədri Ağasif Şakiroğlu bildirib ki, hazırda Tariyel Məmmədov haqda məlumat ala bilmirlər:

“Tariyel Məmmədovun inzibati cəza alması tamamilə qanunsuzdur”.

GAP 2013-cü ilin 20 dekabrında təsis olunub. 2014-cü ilin 23 fevralında birinci qurultayını keçirib.

Partiyanın sədri Ağasif Şakiroğludur, 1996-cı ildən ABŞ-da mühacir həyatı yaşayan, Milli Məclisin sabiq sədri Rəsul Quliyev partiyanın fəxri üzvüdür.

Ana səhifəXəbərlərGələcək Azərbaycan Partiyasının fəalı 30 sutka inzibati cəza alıb