Gələcək 4 il idman obyektlərinin tikintisinə 393 milyon xərclənəcək

”Həmin vəsaitləri işsizliyin qarşısını almaq, iqtisadi böhranın fəsadlarını azaltmaq üçün, o cümlədən, səhiyyə və təhsilə ayrılsa, daha məqsədəuyğun olar”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Həmin vəsaitləri işsizliyin qarşısını almaq, iqtisadi böhranın fəsadlarını azaltmaq üçün, o cümlədən, səhiyyə və təhsilə ayrılsa, daha məqsədəuyğun olar”

Azərbaycanda qarşıdakı 4 ildə idman obyektlərinin tikintisinə xərclənəcək vəsait açıqlanıb.

Report yazır ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bu istiqamətdə xərclər 330 milyon 300 min manat olacaq.

2018-ci ildə xərclər 16 milyon 717 min 700 manat, 2019-cu ildə 21 milyon 734 min manat, 2020-ci ildə isə 23 milyon 931 min 100 manat təşkil edəcək.

Xərclər əsaslı vəsait qoyuluşu hesabına ödəniləcək.

Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli xəbəri Meydan TV-yə şərh edərkən bildirib ki, əlbəttə, idman gələcək nəslin sağlamlığı üçün vacibdir. Amma ölkənin iqtisadi inkişaf dövrlərində vəsaitlərin daha gərəkli yerlərə xərclənməsi daha çox vacibdir. Mövcud idman qurğularının, olimpiya komplekslərinin saxlanılması, stadionlarının inşası üzərində düşünülməlidir. Elə mövcud olan Bakı Olimpiya Stadionunun timsalında əksər layihələrin inşasına ayrılan vəsaitlərdə səmərəsiz xərcləmələr olub. Ona görə hökumət bu cür proqramlar qəbul edərkən mütləq müstəqil ekspertlərin rəylərini nəzərə almalıdır.

Nazim Bəydəmirli foto Meydan TV

İqtisadçı düşünür ki, hazırda həmin vəsaitləri işsizliyin qarşısını almaq, iqtisadi böhranın fəsadlarını azaltmaq üçün, o cümlədən, səhiyyə və təhsilə ayrılsa, daha məqsədəuyğun olar.

Ana səhifəXəbərlərGələcək 4 il idman obyektlərinin tikintisinə 393 milyon xərclənəcək