Gədəbəy rayonu icra başçısı vəkil Elçin Sadıqovdan şikayət edib

Elçin Sadıqov: ”Başçının qanunsuz əməllərindən prezidentə və digər dövlət orqanlarına şikayət etmişəm”

Elçin Sadıqov, Foto: Elçin Sadıqovun şəxsi arxivindən
Elçin Sadıqov
Elçin Sadıqov


Elçin Sadıqov: ”Başçının qanunsuz əməllərindən prezidentə və digər dövlət orqanlarına şikayət etmişəm”

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət göndərib.

Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb ki, şikayətin səbəbi icra başçısının qanunsuz əməllərilə bağlı işə vəkillik etməsidir:

“Gədəbəy rayonunda sahibkarın hüquqlarını müdafiə etdiyim və bununla bağlı Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməllərindən Azərbaycan Respublikasının Prezidentinə və digər dövlət orqanlarına şikayət etmişdim. Bu səbəbdən də Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib”.

Elçin Sadıqov şikayətlə bağlı barəsində intizam icraatının başlanıldığını deyib

Ana səhifəXəbərlərGədəbəy rayonu icra başçısı vəkil Elçin Sadıqovdan şikayət edib