”Gazelli Group”da yanğın baş verib

Tüstüdən boğulan 7 nəfərə tibbi yardım göstərilib

Source:


Tüstüdən boğulan 7 nəfərə tibbi yardım göstərilib

Sentyabrın 19-da Xəzər rayonun Şüvəlan qəsəbəsində yerləşən “Gazelli” kosmetika zavodunda yanğın baş verib.

“Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı “Report”-a deyib ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: “Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.

Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya verilən xəbərə görə, tüstüdən boğulan 7 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib.

Yerli kosmetika brendi “Azal” prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, “Gazelli Azerbaijan” kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur.

Ana səhifəXəbərlər”Gazelli Group”da yanğın baş verib