Futbolçu qəza törətdi, 6 aylıq körpə öldü

Uşağın valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir

Source:
Emil Balayev
Emil Balayev
Emil Balayev
Emil Balayev


Uşağın valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir

“Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.

“Komanda.az” xəbər verir ki, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, Balayev idarə etdiyi “BMW X5” markalı 10 0H 111 nömrəli avtomobil ilə “Mercedes” markalı avtomobili vurub.

“Mercedes”də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatı “Qarabağ” klubunun mətbuat xidməti də təsdiqləyib.

Emil Balayev “Neftçi”, “Sumqayıt”, “Mil Muğan” kimi klublarda çıxış edib. O, 2015-ci ildə Almaniyanın “Ayntraxt” klubuna keçsə də, bir il sonra Azərbaycana qayıdıb və “Qarabağ”la müqavilə imzalayıb.

Ana səhifəXəbərlərFutbolçu qəza törətdi, 6 aylıq körpə öldü