O, həbsinin siyasi motivli olduğunu hesab edir
Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.
Məlumatı Meydan TV-yə vəkil Fəxrəddin Mehdiyev verib.
O, həbs müddətinin 2 ay uzadıldığını deyib.
F. Qəhrəmanlı ötən il dekabrın 8-də Facebook statuslarını əsas gətirilərək həbs edib.
O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Qəhrəmanlı həbsinin siyasi motivli olduğunu hesab edir.