Fuad Qəhrəmanlının evində axtarış bitdi

Hüquq-mühafizə orqanları AXCP sədrinin müavininə məxsus kompüteri özləri ilə aparıblar

Source:

Hüquq-mühafizə orqanları AXCP sədrinin müavininə məxsus kompüteri özləri ilə aparıblar

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının evində aparılan axtarış başa çatıb. Hadisə yerində olan jurnalistlərin Meydan TV-yə verdiyi məlumata görə, 1 saat davam edən axtarış nəticəsində sədr müavininin evindən heç nə tapılmayıb. Hüquq-mühafizə orqanları yalnız Fuad Qəhrəmanlıya məxsus kompüteri özləri ilə aparıblar. Axtarış zamanı onun vəkili iştirak etməyib, polislər küçədən saxlayıb gətirdikləri hal şahidlərinə və Fuad Qəhrəmanlının qardaşı Vüsal Qəhrəmanlıya axtarış haqqında qərarı təqdim ediblər.

Qonşular jurnalistlərə hal şahidi olmaq təklifi aldıqlarını, ancaq qəbul etmədiklərini söyləyiblər.


Dekabrın 8-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, CM-nin 281.1- Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə, 283.2.1 dini, irqi, sosiyal,nifrət aşılayan çağırışlar etmə maddələri ilə təqsirləndirilir.

Ana səhifəXəbərlərFuad Qəhrəmanlının evində axtarış bitdi