Fuad Həsənovun vəziyyəti pisləşib

STP vətəndaşları, aidiyyəti dövlət qurumlarını və beynəlxalq təşkilatları hüquq müdafiəçisinin həyatını xilas etməyə çağırır

Source:


STP vətəndaşları, aidiyyəti dövlət qurumlarını və beynəlxalq təşkilatları hüquq müdafiəçisinin həyatını xilas etməyə çağırır

Sivil Toplum Platforması (STP) vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrindən olan “Demokratiya Monitoru” təşkilatının rəhbəri Fuad Həsənovun sağlıq durumunun ağırlaşdığını bəyan edib. STP bildirir ki, xəstəxanaya yerləşdirilmiş hüquq müdafiəçisinin durumu olduqca kritikdir: “Həyatını, bilik və bacarığını ictimai işlərə sərf edən Fuad Həsənovun yardıma ehtiyacı var“.

Sivil Toplum Platforması qeyd edir ki, hüquq müdafiəçisinə yardım məqsədilə onun həyat yoldaşının adına Azərbaycan Beynəlxalq Bankında hesab da açılıb. Hesab nömrələri:

AZ63IBAZ33801019449278105216 (AZN);

AZ84IBAZ33811018409278105216 (USD);

AZ64IBAZ33811019789278105216 (EURO);

STP bildirir ki, hesaba hüquq müdafiəçisinə yardım məqsədilə vəsaitlər də daxil olur və yardım kampaniyası fərdi və təşkilati qaydada davam edir. Ancaq toplanmış vəsait hüquq müdafiəçisinin xilası üçün yetərli deyil.

F.Həsənovun həkimlərinin bildirdiyinə görə, sağalması üçün hüquq müdafiəçisinin ən qısa zamanda ölkə xaricinə aparılmasına ehtiyac var: “Təəssüf ki, ailəsinin, əzizlərinin, bir neçə fədakar insanın maddi imkanları bunu təmin etmək üçün yetərli deyil“.

Bunları nəzərə alaraq, STP bütün cəmiyyəti hüquq müdafiəçisinin həyatına biganə qalmamağa, vətəndaşları, xeyriyyə birliklərini Fuad Həsənova yardım göstərməyə çağırır.

STP qeyd edir ki, hazırda F.Həsənovun xaricdə müalicəsinin yeganə mümkün çıxış yolu əlaqəli dövlət qurumlarının duruma müdaxiləsilə ola bilər. STP Səhiyyə Nazirliyini, nazirliyin ölkə daxilində mümkün olmadıqda Azərbaycan vətəndaşlarının müalicəsinin ölkədən kənarda təmin edilməsi ilə bilavasitə məşğul olan xüsusi komissiyasını F.Həsənovun durumunu diqqətə almağa, hüquq müdafiəçisinin xaricdə müalicə edilməsini təmin etməyə çağırır.

STP həmçinin, beynəlxalq qurumları, xeyriyyə fondlarını huquq müdafiəçisinin həyatının xilas edilməsində səylər göstərməyə dəvət edir.

F.Həsənov səhhətində yaranan problemdən sonra 2016-cı il iyunun 27-də əməliyyat olunub. Əməliyyatdan sonra vəziyyəti daha da pisləşib, başında kəskin ağırlar yaranıb. Bir gün sonra ikinci dəfə əməliyyat olunub. O, Avrasiya klinikasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ana səhifəXəbərlərFuad Həsənovun vəziyyəti pisləşib