Fuad Ağayev özünə təxribatlar olacağını istisna etmir

Vəkil Zakir Qaralova, Eldar Əhmədova və Rauf Mirqədirovu həbsdə saxlamaqda maraqlı olan qüvvələrə müraciət etdi.

Source:


Vəkil Zakir Qaralova, Eldar Əhmədova və Rauf Mirqədirovu həbsdə saxlamaqda maraqlı olan qüvvələrə müraciət etdi.

“Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun vəkili Fuad Ağayevə təzyiqlər davam edir. Vəkil mayın 2-də Facebook səhifəsində müraciət yayıb.

F.Ağayev müraciətini “yenə də üzümü tuturam Zakir Qaralov, Eldar Əhmədov və Rauf Mirqədirovun həbsdə saxlanılmasında, Azərbaycan cəmiyyətinin gərginlik yaşamasında maraqlı olan başqalarına!” fikirləri ilə başlayıb.

Vəkil bildirib ki, icarəyə götürdüyü ofisə naməlum adamlar gələrək, özlərini MİS işçisi kimi təqdim edib, nə işlə məşğul olduğunu sual ediblər: “Elə indicə icarəyə götürdüyümüz yerə bir nəfər gəldi və özünü mənzil-istismar sahəsinin işçisi kimi təqdim edərək, soruşdu ki, buradan kim istifadə edir. Qəribədir. Mənzil-istismar sahələrinin işləri qalıb kənarda, onlar icarə məsələləri ilə maraqlanmağa başlayıblar? 3 ildən artıqdır ki, biz bu mənzildən istifadə edirik, indi təşrif  buyurublar. Təxribatları istisna etmirəm”.

Fuad Ağayev tövsiyə edir ki, Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində xidməti yoxlama aparılsın: “Ümumiyyətlə, son hadisələrlə bağlı Rauf Mirqədirovun Rusiya xüsusi xidmətləri ilə bağlı dedikləri ciddi araşdırma tələb edir”.

Ana səhifəXəbərlərFuad Ağayev özünə təxribatlar olacağını istisna etmir