Fuad Ağayev: Azərbaycan Avropa Məhkəməsi qarşısındakı öhdəliyini pozur

“Ali Məhkəmənin qərarı işin ləngidilməsi, İlqar Məmmədov və Tofiq Yaqublunun daha qeyri-müəyyən müddət həbsdə olması deməkdir”

Source:


“Ali Məhkəmənin qərarı işin ləngidilməsi, İlqar Məmmədov və Tofiq Yaqublunun daha qeyri-müəyyən müddət həbsdə olması deməkdir”

“Azərbaycan Ali Məhkəməsinin ReAL sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında qərarı indiyə qədər olan ən mənfi qərarlardan biridir”.

Bu fikirləri vəkil Fuad Ağayev Ali Məhkəmənin qərarını Meydan TV-yə şərh edərkən bildirib.

Vəkil bildirib ki, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklər var və Avropa Məhkəməsi ötən il İlqar Məmmədovla bağlı qərar qəbul edib. Qərarla bağlı Avropa Şurası Nazirlər Komitəsinin  2 qərarı və 2 aralıq qətnaməsi var ki, bunlar analoqu olmayan bir haldır: “Həmin qərar və qətnamələrdə “İlqar Məmmədov yubadılmadan azad edilsin” deyə bəyan edilir. Bu, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəlikdən irəli gəlir. Ona görə Azərbaycan hökuməti həmin qərarlara hörmətlə yanaşıb, onları icra etməliydi. Ancaq Ali Məhkəmə verdiyimiz kassasiya şikayətinə baxmağı qeyri-müəyyən müddətə təxirə saldı.  Baxın, Ali Məhkəmə  kassasiya şikayətinə baxılmasını yanvarın 13-də təxirə salmışdı, 9 ay sonra Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olan qərar qəbul etdi”.

“Azərbaycan Avropa Şurasının üzvü olaraq, insan haqları və söz azadlıqları müdafiəsi haqqında Konvensiyasının iştirakçısı olaraq Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürüb. Ali Məhkəmənin 1 gün əvvəlki qərarı Bakının öhdəliyi pozmasıdır”,-deyə vəkil Fuad Ağayev bildirib.

Cənab Ağayev hesab edir ki, Ali Məhkəmənin qərarı işin ləngidilməsi, İlqar Məmmədov və Tofiq Yaqublunun daha qeyri-müəyyən müddət həbsdə olması deməkdir.

Ana səhifəXəbərlərFuad Ağayev: Azərbaycan Avropa Məhkəməsi qarşısındakı öhdəliyini pozur