Mətbuat azadlığına görə Azərbaycan 199 ölkə sırasında 190-cıdır
“Freedom House” növbəti illik hesabatında Azərbaycanda mətbuatın azad olmadığını deyib. Təşkilatın media azadlığı üzrə siyahısında, Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdədir. Məlumatı BBC Azərbaycanca yayıb.
Bildirilir ki, Azərbaycan ötən illə müqayisədə bir pillə geriləyib.
Hesabat Azərbaycanın “illər boyu azad media və sərbəst ifadə tərəfdarlarına qarşı yürütdüyü kampaniyasına” yavaşlamadan davam etdiyini deyir.
Sənəddə qeyd edilir ki, Azərbaycanın son və ya media azadlığı üçün ən pis onluqdadır.
Media azadlığı siyahısında Azərbaycanın İran və Suriya ilə eyni hesabla yalnız Şimali Koreya, Türkmənistan, Özbəkistan, Krım, Eritrea, Kuba və Eqvatorial Qvineyadan irəlidə olduğu deyilir.
Azərbaycanda Azadlıq Radiosu, Meydan TV, Turan TV və digər saytların bloklanması istənilir.
Freedom House, ANS televiziyasının illərlə göstərdiyi sədaqətə baxmadan Fethullah Gülenlə müsahibə yayımlamağa cəhd etməsinə görə bağlanmasını ölkədə artan iqtisadi və diplomatik inamsızlıqdan nəticələndiyini deyir.
Təşkilat, həmçinin Azərbaycanı Meydan TV və Azadlıq Radiosunun saytlarının il boyu vaxtaşırı bloklamaqla təqsirləndirib.
Hakimiyyətdən bu iddiaları heç kəs rəsmən təsdiqləməyib.
Lakin aprelin 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar nazirliyini yanında Elektronik Təhlükəsizlik Mərkəzi Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin saytlarının bloklanmasına dair məhkəməyə şikayəti üzrə məhkəmə prosesi başlandığı aydın olub.
Mətbuat azadlığının “tam şəkildə təmil oldunduğu” ölkə prezident İlham Əliyev keçən ilin noyabrında beynəlxalq informasiya agentlikləri koqresinin iştirakçıları ilə görüşündə Azərbaycanda mətbuat azadlığının “tam şəkildə təmin olunduğunu”, – deyib.
İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib
“Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə – “Facebook”-da və “Twitter”-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq”, deyə o, əlavə edib.
Bu çıxışında jurnalistlərin həbsinin sadəcə onların cinayət törətmələri ilə əlaqələndirərək, bununla Azərbaycanda mətbuat azadlığını tənqid edənlərin məsələyə “konetekstdən kənar” baxdıqlarını deyib.