Sammitdə Fransanı xarici işlər naziri Loran Fabius və maliyyə naziri Mişel Sapen təmsil edəcək
Fransa prezidenti Fransua Olland Parisdə törədilən terror aktlarına görə, Türkiyənin Antalya şəhərində keçiriləcək G-20 sammitində iştirak etməyəcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Parisdəki terror aktları və çoxlu sayda insanın qətlə yetirilməsinə görə Türkiyəyə səfərdən imtina edib.
Sammitdə Fransanı xarici işlər naziri Loran Fabius və maliyyə naziri Mişel Sapen təmsil edəcək.