Fransız jurnalistləri hava limanında saxlanıldı

Jurnalistlərin çəkilişləri müsadirə edilib və onlar deportasiya olunub

Source:


Jurnalistlərin çəkilişləri müsadirə edilib və onlar deportasiya olunub

Mayın 14-də saat 14-də Heydər Əliyev adına Hava Limanında Fransanın Fransa-2 kanalının (İctimai Televiziya) jurnalisti Loren Riçard və operator Mənü saxlanılıb. Hava limanının rəsmiləri kanalın əməkdaşlarının Bakıdan hazırladıqları çəkilişlər götürüblər.

Bildirildiyinə görə, Fransa-2 kanalı Milli Şuranın sədri, professor Cəmil Həsənlidən, hüquq müdafiəçisi Leyla Yunusdan, jurnalistlər Seymur Həzidən, Nigar Yaqubludan müsahibə alıblar.

Hər iki əməkdaş Fransa prezidenti Fransua Ollandı Bakı səfərində müşahidə edirdi.

Ana səhifəXəbərlərFransız jurnalistləri hava limanında saxlanıldı