Fransada Notr-Dam kilsəsinin bərpası üçün vəsait toplantısı elan edilib

Hadisə yerinə Prezident Emmanuel Makron gəlib və bütün düşüncələrinin “Katoliklər və Fransız xalqıyla” birlikdə olduğunu deyib.

Source: google.az


İş adamı 100 milyon avro verəcəyini deyib

Fransanın mədəni irsin qorunması üzrə dövlət fondu yanğından zərər çəkən Parisin Notr-Dam kilsəsinin bərpası üçün vəsait toplantısı elan edib.

Təşkilatın saytında “Notr-Dam”ı xilas edək başlıqlı kateqoriya yaradılıb.


İstifadəçilər

ə 50 avrodan 500 avroya qədər pul keçirtmək, aylıq olaraq 10 avrodan 100 avroya qədər kartlarından avtomatik olaraq pul silinməsini sazlamaq və ya başqa bir məbləğdə pul vermək təklif olunur.

Fransız iş adamı Fransua-Anri Pino Notr-Dam kilsəsinin bərpasına 100 milyon avro verəcəyini açıqlayıb. Onun şirkəti “Gucci”, “Yves Saint Laurent”, “Bottega Veneta”, “Balenciaga”, “Boucheron”, “Alexander McQueen”, “Stella McCartney”, “Girard-Perregaux”, “Brioni”, “Ulysse Nardin” və daha neçə-neçə məşhur markanın sahibidir.

57101524_3107362032622988_6671839855879651328_n.jpg
Fransua-Anri Pino və həyat yoldaşı,aktrisa Salme Hayek

Yanğın aprelin 15-də baş verib.

850 yaşlı tikilidə yanğın ilkin ehtimallara görə ehtiyatsızlıqdan baş verib. Fransa mətbuatının məlumatına görə, yanğın kilsədə aparılan bərpa işləri ilə bağlı ola bilər.

Yanğınla mübarizə üçün 400 yanğınsöndürən cəlb edilib. Kilsənin hər iki qülləsini, binanın fasadını, incəsənət və dini qiyməti olan əşyaları xilas etmək mümkün olub.


“BBC”

xəbər verib ki, yanğın zamanı minlərlə insan katedralın ətrafına yığılaraq, yanğını müşahidə ediblər. Bəzilərinin açıqca ağladığı görülüb, digərləri isə himn və dualar oxuyub.

2019-04-15T215557Z_1073696706_RC1B5B8CD730_RTRMADP_3_FRANCE-NOTREDAME-MACRON-1024×778.jpg
Emmanuel Macron

Fransa paytaxtının ətrafındakı kilisələr yanğına cavab olaraq zənglərini çalıblar.

Hadisə yerinə Prezident Emmanuel Makron gəlib və bütün düşüncələrinin “Katoliklər və Fransız xalqıyla” birlikdə olduğunu deyib.

1200-cü ildən bu yana Notre-Dam hər zaman Paris üzərində ən uca abidə olub. Katedral ən son Fransız İnqilabı zamanı dağıntılara məruz qalmışdı. O indiyə qədər iki dünya müharibəsindən qəzasız çıxıb.

Ana səhifəDünyaFransada Notr-Dam kilsəsinin bərpası üçün vəsait toplantısı elan edilib