Fransa XİN-i İlqar Məmmədovla bağlı bəyanat yaydı

“Azərbaycan Hökümətini hüquqi prosedurlarda ədalətin müstəqilliyinə və insan hüquqlarına riayət etməyə çağırır”

Source:


“Azərbaycan Hökümətini hüquqi prosedurlarda ədalətin müstəqilliyinə və insan hüquqlarına riayət etməyə çağırır”

Fransa Xarici İşlər Nazirliyi Şəki Rayon Məhkəməsinin ReAL hərəkatının sədri İlqar Məmmədovun 7 il azadlıqdan məhrum etməsi hökmü haqqında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Fransa ReAL hərəkatının sədri İlqar Məmmədovun “ictimai asayişi pozma” və “hakimiyyət nümayəndəsinə qarşı zor işlətmə” üçün 7 ilə azadlıqdan məhrum edilməsinə təəssüf edir: “Məhkəmə prosesi zamanı müdafiənin hüquqlarına yetərincə riayət edilmədiyini əks etdirən hesabatlardan narahatlığımızı bildiririk. Azərbaycanın bu ilin may ayında Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ərəfəsində

Fransa Azərbaycan Hökümətini hüquqi prosedurlarda ədalətin müstəqilliyinə və insan hüquqlarına riayət etməyə çağırır”

Ana səhifəXəbərlərFransa XİN-i İlqar Məmmədovla bağlı bəyanat yaydı