Fransa XİN-dən rəsmi Bakıya Xədicə İsmayılova çağırışı

Paris Bakını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə riayət etməyə çağırır

Source:


Paris Bakını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə riayət etməyə çağırır

Fransa araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 5 dekabr tarixində Bakıda “intihara sövq” ilə əlaqədar həbsindən narahatlığını bildirir. Bu barədə Meydan TV-yə Fransanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

Fransa XİN-in bəyanatında qeyd olunur ki, Fransa Respublikasının Prezidenti Azərbaycana may ayında səfəri zamanı Xədicə İsmayılova ilə görüşmüşdür: “Fransa Azərbaycanın hökümət orqanlarını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə riayət etməyə, o cümlədən mətbuat azadlığına, ədliyyə sisteminin müstəqilliyinə, müdafiə hüquqlarına və təqsirsizlik prezumpsiyasına riayəti təmin etməyə çağırır”

“Xanım İsmayılovanın situasiyasını diqqətlə izləməyə davam edəcəyik”,-deyə XİN-nin bəyanatında bildirilir.

Ana səhifəXəbərlərFransa XİN-dən rəsmi Bakıya Xədicə İsmayılova çağırışı