Fransa səfirliyi bayraqları endirib

Terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək

Source:



Terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək

Parisdə törədilmiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.

Səfirliyin əməkdaşları yanvarın 8-də Bakı vaxtı ilə saat 15.00-da terror qurbanlarının xatirəsini 1 dəqiqəlik sükütlə yad edəcəklər.

Yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik jurnalın redaksiyasına edilmiş silahlı hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Fransada üç günlük matəm elan edilib.

“Mən hazırda Fransadayam və bu hadisə bizi şoka salıb. Bütün dünyadan gələn həmrəylik mesajlarından təsəlli alıram”. Bu sözləri isə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Monye Parisdə baş verən hadisələri şərh edərkən bildirib.

“Bu faciədən sonra fransız xalqı birləşib, terrorizmlə dinin və yaxud irqin fərqini görür” – deyə diplomat vurğulayıb.

Ana səhifəXəbərlərFransa səfirliyi bayraqları endirib