“Fransa tanınmış konfliktoloq Arif Yunusun və onun həyat yoldaşı, hüquq-müdafiəçisi Leyla Yunusun həbsinə təəssüf edir”.
Bu barədə Fransa XİN mətbuat xidmətinin məlumatında deyilir.
Fransanın Bakıdakı səfirliyindən “Turan İA”-a daxil olan məlumatda deyilir ki, Fransa hər zaman müdafiə və insan hüquqlarına hörmətə sədaqətli olub.
* Arif Yunus avqustun 5-də dövlətə xəyanət və iri məbləğdə dələduzluq itihamı ilə həbs olunub. Məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.