Fotoreportyor Mehman Hüseynov sərbəst buraxılıb

İstintaqda ondan «Sancaq» dərgisi və qardaşı Emin Hüseynov haqda soruşublar

Source:


İstintaqda ondan «Sancaq» dərgisi və qardaşı Emin Hüseynov haqda soruşublar

Oktyabrın 27-də fotoreportyor Mehman Hüseynovu polis saxlayıb. O, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib.

Mehman Hüseynovun Azadlıq Radiosuna bildirib ki, istintaqda ondan «Sancaq» dərgisi və qardaşı Emin Hüseynov haqda soruşublar. O, başqa suallara cavab verməyib.

Emin Hüseynovun direktoru olduğu Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində prokurorluq əməkdaşları axtarış aparıblar. Ofisin qapıları möhürlənib. Emin Hüseynovun harada olmasa barədə məlumat yoxdur.

Ana səhifəXəbərlərFotoreportyor Mehman Hüseynov sərbəst buraxılıb