Formula 1 ”Azadlıq” şüarları ilə yekunlaşdı

Formula 1 çərçivəsində sonuncu konsert Pharrell Williamsın oldu. Konsert Freedom (Azadlıq)  mahnısı ilə başladı. Pharrell məşhur  mahnılarını oxudu. Konsert “Freedom” ( Azadlıq) mahnısı ilə başladığı kimi o şüarla da bitdi. O konsertdə :“Bu gözəl uşaqlar gələcəkdirlər! Gələcək onlardır! Onlar böyüyəndə təkcə buranı deyil, bütün dünyanı dəyişəcəklər və onları heç kəs dayandıra bilməyəcək. Onların yoluna heç kəs çıxa bilməz”dedi.

Müğənni daha sonra əlavə etdi ki, «Bu gecə burada «Azadlıq» mahnısını gəlin birlikdə oxuyaq… Bu uşaqlar böyüyüb təkcə bu ölkədə deyil, bütün dünyada dəyişiklik edəcəklər… «Azadlıq» oxuyun! Azadlıq!».

Ana səhifəVideoFormula 1 ”Azadlıq” şüarları ilə yekunlaşdı