Agentlik hesab edir ki, aktivlərin keyfiyyəti azalsa, bu bankların reytinqi endirilə bilər
“Fitch Ratings” Agentliyi “Unibank”, “Dəmirbank”, “Expressbank” və “Atabank”ın reytinqlərini sabit olaraq qiymətləndirib.
İlk üç bankın xarici valyuta ilə uzunmüddətli emitentin defoltu reytinqi «B», sonuncununku «B-»dir. Bu, neftin ucuzlaşması fonunda manatın devalvasiyası ilə bağlıdır.
“Fitch Ratings” “Unibank” və “Dəmirbank” üzrə reytinq proqnozlarını “müsbət” dərəcədən “sabit” dərəcəsinə endirib. Çünki mürəkkəb əməliyyat mühiti balansların dollarlaşması ilə bağlı aktivlərin keyfiyyəti və mənfəətə təzyiq edə bilər. Agentliyə görə, “Unibank” və “Dəmirbank”ın (1 yanvarda 16,5% və 15,9%) kapital yetərliliyi 3% azalıb.
“Unibank”ın (problemli kreditlər 6,8% olub və 90%-i ehtiyatla ödənilib) və “Dəmirbank”ın (6%, 80%) aktivlərinin keyfiyyəti məqbuldur. “Expressbank”ın aktivlərinin keyfiyyəti daha yaxşıdır (problemli kreditlər 1,4%, 164% ehtiyatla ödənilib), amma borcalanların, ən iri kredit də daxil (Fitch metodologiyası ilə əsas kapitalın 54,4%-i) konsentrasiyası yüksəkdir.
Agentlik hesab edir ki, aktivlərin keyfiyyəti azalsa, bu bankların reytinqi endirilə bilər. Fitch-ə görə, bu risklər «B» kateqoriyasından bankların reytinqində yetərincə əksini tapıb (Turan İA).