”Fitch” Azərbaycanın reytinqini stabil saxladı

Azər Mehtiyev: ”Reallığı əks etdirən qiymətdir”

Source:


Azər Mehtiyev: ”Reallığı əks etdirən qiymətdir”

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

Məlumatı “Report” yayıb.

Reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunduğu qeyd edilib.

Reytinqin “BB+” səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında “Fitch” xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib.

İqtisadçı Azər Mehtiyev reytinq qiymətləndirlmələrinin xüsusi metodologiyası olduğunu bildirib:

“Ümumi istiqamətlər qiymətləndirilir və ümumi nəticə ortaya qoyulur. Əgər 2014-cü ildə neftin qiymətinin aşağı düşməsindən sonra ölkə iqtisadiyyatı ciddi böhran keçirdi. Neft gəlirlərinin azalması ilə maliyyə sabitliyi pozuldu və iki devalvasiya qərarı verildi. Nəticədə bank sektorunda böhran yaşandı. Ancaq 2016 və 2017-ci ildə atılan addımlar vəziyyəti bir qədər sabitləşdirdi, ötən il isə neftin qiymətlərinin sərfəli olması həm maliyyə sabitliyinin təmin olunmasına şərait yaratdı, həm də valyuta ehtiyatı artdı”.

Azər Mehtiyev
Azər Mehtiyev

Onun sözlərinə görə, bank sektorunda əvvəlki böhranı bir qədər səngitmək mümkün oldu.

“Eyni zamanda, biznes mühitində bəzi dəyişiklillər baş verdi. Bütün bunlar qiymətləndirməyə təsirini göstərir. Əslində, indiki hal üçün bb+ elə bir qiymət də deyil, sadəcə, mövcud vəziyyəti, reallığı əks etdirən qiymətdir”.

Ana səhifəXəbərlər”Fitch” Azərbaycanın reytinqini stabil saxladı