Fikrət Fərəməzoğlunun apellyasiya şikayətinə baxılacaq

Vəkil məhkəmə iclasının qapalı keçiriləcəyini, amma Fikrət Fəraməzoğlunun prosesə gətiriləcəyini əlavə edib

Source:
Fikrət Fərəməzoğlu foto sosial şəbəkə


Vəkil məhkəmə iclasının qapalı keçiriləcəyini, amma Fikrət Fəraməzoğlunun prosesə gətiriləcəyini əlavə edib

Oktyabrın 28-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Fikrət Fəraməzoğlunun apellyasiya şikayətinə baxılacaq.

Bu haqda öz “Facebook” səhifsində məlumat paylaşan vəkil Elçin Sadıqov bildirib ki, jurnalistin həbsi barəsində 30 yanvar 2017-ci il tarixədək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət təmin edilmədiyindən Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılacaq.

Vəkil məhkəmə iclasının qapalı keçiriləcəyini, amma Fikrət Fəraməzoğlunun prosesə gətiriləcəyini əlavə edib.

Jam.az saytının baş redaktoru F. Fəraməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Oktyabrın 19-da jurnalistə qarşı həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmək ittihamı irəli sürülüb. Vəkil Elçin Sadıxov deyib ki, əvvəlki ittihamla Fərəməzoğlu üçün 3 ildən 5 ilədək həbs gözlənilirdisə, indi əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək həbs gözlənilir.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlunun apellyasiya şikayətinə baxılacaq