FHN-nin əməkdaşı həbs edilib

O, dələduzluqda ittiham olunur

Foto: Meydan TV


O, dələduzluqda ittiham olunur

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı dələduzluqda ittiham olunur.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, bununla bağlı Bərdə Rayon Prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma aparılıb və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: "Quliyev Elvin Afiq oğlu FHN-in Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru vəzifəsində işləyərkən tanışı Fikrət Hüseynovun övladı Rüfət Hüseynovu həmin Xidmətdə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyi barədə vəd verib. 2021-ci ilin fevralın 15-də Fikrət Hüseynovdan 10 min manat məbləğində pulu alaraq öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib, bu əməli ilə də sonuncunu rüşvət verməyə təhrik edib".

Məlumatda qeyd olunur ki, Elvin Quliyev Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaqın davam etdiyi bildirilir.

Ana səhifəXəbərlərFHN-nin əməkdaşı həbs edilib