”Tonqalı elektrik naqili, ağac, avtomobildən kənarda qalayın”
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar xalqa müraciət edib.
Müraciətdə bayramda keçiriləcək müxtəlif mərasimlərdə yanğın təhlükəsizliyinə əməl edilməsi xahiş olunur:
“Uşaqlar böyüklərin nəzarəti olmadan bayram tonqalının ətrafına buraxılmasınlar. Tonqalların elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda qalanması məsləhətdir”.
Nazirlik əhaliyə yanğın təhlükəsi olarsa, 112-yə zəng etməyi tövsiyə edir.
Martın 14-ü Azərbaycanda ilaxır, torpaq çərşənbəsi qeyd ediləcək. Bu il bahar Azərbaycana martın 20-si saat 14:29-da gələcək.