Samir Əliyev: ”Mərkəzi Bankın valyuta satışını azaltması fonunda bankların tələbində artım müşahidə edilir”
Azərbaycan Mərkəzi Bankı xarici valyuta satışının fevral sessiyasını başa çatdırıb. Turanın hesablamasına görə, banklar 404,2 mln dollar alıb.
Fevralın ikinci yarısında bankların xarici valyutaya tələbatı fevralın 1-dən 15-ə qədər olan tələbatdan çox olub: Fevralın 1-dən 15-ə qədər hərraclarda 153,6 mln, 17-dən 29-a qədər 250 mln dollar satılıb.
Açıqlanan məlumata görə, yanvarda 4 hərracda 318 mln dollar satılıb.
Mərkəzi Bankın məlumatına görə, bir ay müddətində bu göstərici 618,2 mln dollar azalmaqla fevralın 1-ə onun valyuta ehtiyatları 4 398,5 mln dollar olub.
Mövcud vəziyyəti Facebook səhifəsində şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, Mərkəzi Bankın fevral ayı üzrə valyuta ehtiyatında təxminən 370 milyon dollara yaxın azalma olacaq və təxminən 4 milyard dollara yaxınlaşacaq: “Mərkəzi Bankın son günlər hərraca tələbdən az dollar çıxarmasının da səbəbi budur ki, valyuta ehtiyatları psixoloji həddən – 4 milyard dollardan aşağı düşməsin. MB-nin valyuta satışını azaltması fonunda bankların tələbində artım müşahidə edilir.