Fərqli düşüncəyə və hüquq müdafiçilərinə qarşı mübarizə davam edir

Sülh və Demokratiya İnstitutunun (SDİ) müraciəti

Source:


S


ü


lh v


ə


Demokratiya


İ


nstitutunun (SD


İ


) m


ü


raci


ə


ti

Dünən, iyulun 30-da, saat 11.45-də  SDİ direktoru, Teodor Xaker mükafatının laureatı, Fransa Legion Ordeninin kavaleri, hüquq müdafiəçisi Leyla Yunus Demokratik Qüvvələrin Milli Şurasının təşkil etdiyi ölkədəki narkotrafiklə bağlı dinləmələrə getmək üçün evdən çıxıb. Lakin avtomobilə yenicə oturmaq istəyərkən ona hücum olub. Maşını dayandırıblar və 3 mülki geyimli avtomobilə əyləşib. Onlar Leyla Yunusu naməlum istiqamətə aparıblar. Sonradan məlum olub ki, o, zorla Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Eyni zamanda, bir neçə dəqiqə sonra 6 nəfər mülki geyimli mənzilə soxulmaq istəyiblər, onun həyat yoldaşı Arif Yunusdan qapını açmağı tələb ediblər. Əks-halda onlar qapını və ya pəncərəni sındırmaqla mənzilə girməklə hədələyiblər. Amma Arif Yunus qapını açmaqdan imtina edib, vəkillərə, jurnalistlərə, daxildəki və xaricdəki diplomatik nümayəndəliklərə, beynəlxalq missiyalara zəng vurub.

Sonradan məlum olub ki, Leyla Yunusu vəkilsiz dindiriblər. Belə ki, onun hüquqi nümayəndəsi Yusif Ağayevi Vəkillər Kollegiyasının üzvü deyilmiş. Məlum olub ki, Leyla Yunusa qarşı ittiham irəli sürüləcək və vəkilin iştirakına ehtiyac var. Ona görə vəziyyəti dəyişmək üçün Arif Yunus öz vəkili Xalid Bağırovla könüllü olaraq Baş Prokurorluğa gediblər və burada ikinci vəkil Cavad Cavadov gələnə qədər Bağırov müvəqqəti vəkillik edib.

Yunusovların dindirilməsinin gedişatında tamamilə absurd, amma ağır ittihamlar irəli sürülürüb: guya Yunusovlar hələ 1992-ci ildən Ermənistanın xüsusi xidmət orqanları ilə sövdələşməyə giriblər və erməni kəşfiyyatına agentlər cəlb etməklə məşğul olublar, eyni zamanda, bu quruma hərbi sirlər ötürüblər. 2002-ci ildən isə xüsusilə daha fəal olublar.

Bu ittihamlar daha çox hökumətyönlü mətbuatdakı məqalələrə bənzəyib, nəinki peşəkar istintaq ittihamlarına. Axı agent rolunda və Ermənistanın xüsusi xidmət orqanının əməkdaşı kimi QHT rəhbəri və jurnalist olan Laura Baqdasaryan təqdim olunur. “Region” Araşdırmalar Mərkəzi uzun müddətdir (2005-ci ildən ) Sülh və Demokratiya İnstitutu ilə Qarabağ probleminin həlli yolu istiqmaətində əməkdaşlıq edir. Eyni zamanda, onlar 2012-cu ildən Leyla Yunusla birgə yaratdıqları Azərbaycan-Ermənistan VEB saytı (

http://www.publicdialogues.info/

)  yaradıblar. Bu sayt nəinki Azərbaycan, Ermənistan və Rusiya, eləcə də Gürcüstan, Ukrayna, ABŞ və Avropa ölkələrinin iştirakı ilə online konfranslar, video-körpülər və müzakirələrin keçirildiyi unikal bir platforma idi. Bundan əlavə, beynəlxalq Qerd-Buserius mükafatı laureatı, Azərbaycanın əməkdar jurnalisti Rauf Mirqədirovun “xalq diplomatiyası” tədbirində iştirakına görə, 19 aprel 2014-cü il tarixdə həbsi ilə bağlı Leyla Yunus və Laura Baqdasaryan aprelin 25-də birgə bəyanat vermişdilər. (

http://contact.az/docs/2014/Want%20to%20Say/042500076779ru.htm

).  Daha sonra Laura Baqdasaryan baş prokurorluğun absurd və gülünc ittihamlarına ictimai surətdə cavab da vermişdi.

(

http://publicdialogues.info/node/768

).

Buna görə də Yunusovlar onlara qarşı olan bütün ittihamları qətiyyətlə rədd edirlər. Bunları gülünc, saxtakarlıq kimi qiymətləndirir və hər biri ayrı-ayrılıqda bəyan edirlər ki, hər hansısa bir istintaq hərəkəti yoxdur, onların həbsi üçün sifariş var. Baş Prokurorluğun müstəntiqləri də məhz bu işlə məşğuldur. Bu səbəbdən konstitutsion hüquqlardan çıxış edərək, onlar özlərinə və yaxınlarına qarşı ifadə verməkdən imtina ediblər.

6 saatlıq dindirmədən sonra 18.10-da bu ittihamlar irəli sürülüb: Leyla Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü maddə (dövlətə xəyanət), 178.3.2 (külli miqdarda dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergiləri ödəməkdən yayınma), 320.1. 320.2 (sənədlərin saxtalaşdırılması), Arif Yunusa qarşı isə 274 (dövlətə xəyanət) və 178.3.2 (külli miqdarda dələduzluq).

Bu, ən ağır maddələrdir, onların arxasında 15 ildən ömürlüyə qədər həbs təhlükəsi dayanır. Ən əsası bu maddələr əsasında keçirilən proseslər qapalı olur,  ictimaiyyət, ən yaxın qohumlar belə məhkəmələrdə iştirak edə bilmirlər. Son illərin təcrübəsi də göstərir ki, Azərbaycanda məhkəmələr istintaqın bütün sübutsuz tələbləri ilə razılaşır.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin baş müstəntiqi İbrahim Ləmbəranski qərara alıb ki, Arif Yunus bu yaxınlarda qan təzyiqi böhranı yaşayıb və bu səbəbdən də ona  polis nəzarətinə götürməklə bağlı qətimkan tədbiri seçilsin. Leyla Yunus isə Nəsimi Rayon Məhkəməsinə aparılıb və saat 19.00-da 3 aylıq həbs qərarı verilib.

Bütün bunlar fərqli düşünənlərə və xüsusən də hüquq müdafiəçilərinə qarşı hakim kriminal rejimin apardığı mübarizənin qanunauyğun yekunu idi. Bu mübarizənin önündə Sülh və Demokratiya İnstitutu və şəxsən Leyla Yunus dayanırdı. Onlar dəfələrlə repressiya və təhdidlərin qurbanı olublar.

2009-cu ildə Daxili İşlər Nazirliyinin bir sıra yüksəkçinli zabitlərinin iştirak etdiyi insan alverinə dair konkret faktların dərc olunmasından sonra Leyla Yunusa qarşı Ramil Usubov iddia qaldırıb (Beynəlxalq kampaniyadan sonra iddia geri götürüldü), onun ailəsi və yaxınlarına təzyiqlər başlayıb. Nəticədə qızı Dinara Yunus və SDİ əməkdaşı Cavanşir Hüseynov xaricə mühacir etməyə məcbur olublar.

2011-ci ildə  Leyla Yunus 2009-2011-ci illərdə Bakı sakinlərinin mülklərinin qanunsuz dağıdılması zamanı korrupsiya mexalizmləri haqda araşdırma dərc edib. Bu araşdırmada göstərib ki, 60 mindən çox vətəndaşın öz mülklərindən məhrum olması ilə nəticələnən inzibati cinayəti kim və necə edib.

10 avqust 2011-ci ildə “New York Times”-da bu barədə müsahibəsi dərc olunub, 11 avqust isə SDİ-nin də yerləşdiyi şəxsi evi içərisindəki bütün əmlak və sənədlərlə birgə buldozerlə dağıdılıb (evin necə dağıdılması kadrlarını bu videoda görmək olar (

http://www.azadliq.org/content/article/24294298.html

).

Son zamanlar isə Azərbaycan hakimiyyətini SDİ-nin və şəxsən Leyla Yunusun siyasi məhbusların vəziyyəti, erməni həmkarları ilə birgə sülhyaratma fəaliyyəti qıcıqlandırırdı. Bütün bunların hamısı İlham Əliyevin müharibə ritorikası və guya ölkədə siyasi məhbusların olmaması  fonunda baş verirdi.

15 yanvar 2014-cü ildə prezident İ.Əliyev Brüsseldə çıxışı zamanı elan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bir həftə sonra Leyla Yunus  siyasi mıhbusların və “vicdan məhbusları”nın siyahısını təqdim edib, 15 aprel 2014-cü ildə isə bu siyahı vətəndaşlara qarşı irəli sürülən ittihamların saxtalığını üzə çıxaran dolğun məlumatlarla birgə “Turan İA”-nin saytında yerləşdirilib. SDİ daim ingilis və rus dillərində siyasi repressiya qurbanlarının  siyahını yeniləyir.  8 iyul 2014-cü ildə bu siyahıda 109 siyahı qurban var (

http://ft.contact.az/?p=14

).

28 aprel 2014-cü ildə Yunusovlar “European Endowment  for Democracy” təşkilatının dəvətilə ilə Brüsselə uçarkən hava limanında qanunsuz məhkəmə qərarı olmadan saxlanılıb.  Saxlanılarkən onların pasportları alınıb, axtarış aparılıb və bu zaman şəxsi sənədləri və kompyuterləri götürülüb. Həmin vaxt Arif Yunus qan təzyiqi krizisi keçirib və reanimasiyaya yerləşdirilib, Leyla Yunus isə 26 saatlıq dindirilməyə məruz qalıb.

Həmçinin, SDİ əməkdaşlarına təzyiq cəhdləri olub. 1-2 mayda prokurorluq institutun 2001-ci ildə yaratdığı Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanı 8-10 saat dindirib. M.Əzizovadan tələb olunub ki, Leyla Yunusun cəsusluq fəaliyyəti ilə bağlı ifadə versin və əks halda onu həbslə hədələyiblər. 3 mayda M.Əzizova Azərbaycanı tərk etməyə məcbur olub. Buna cavab olaraq 22 may tarixində Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyərkən M.Əzizovanın əri və oğlu saxlanılaraq geri qaytarılıb. Həyat yoldaşı Eldar və 18 yaşlı oğlu Camal Əzizova Azərbaycanı tərk etmək qadağan olunub. Sərhəd Xidmətinin əməkdaşları prokurorluğun qərarına istinad ediblər. Əzizovlar ailəsini girov kimi saxlayırlar.

Bundan sonra da kriminal rejimlə mübarizə davam edib, bütün bunlar hakimiyyəti çox qıcıqlandırıb, xüsusən də prezidenti. Çünki Leyla Yunus onun ünvanına 2 açıq məktub göndərmişdi. Məktublarlnda o, prezidenti öz repressiya siyasətindən əl çəkməyə, bütün siyasi məhbusları azad etməyə və ölkədə demokratik islahatlara başlamağa çağırmışdı.

  1. Prezident İlham Əliyeva açıq məktub-

    http://www.contact.az/docs/2014/Want%20to%20Say/062400082486ru.h

    tm
  2. Vahimələnməyi dayandırın cənab prezident! –

    http://www.contact.az/docs/2014/Want%20to%20Say/073000085556ru.htm

Eyni zamanda, SDİ direktoru Leyla Yunusun rəhbərliyi ilə yeni aksiya başlayıb. 9 iyun 2014-cü ildə institutun nəzdində Repressiyaya Müqavimət Mərkəzi yaradılıb və 17 iyulda 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot kampaniyasına start verilib (bəyanatın mətni-“Avtoritar ölkələr olimpiya oyunları üçün deyil

http://www.contact.az/docs/2014/Want%20to%20Say/072300085057ru.htm

).  Bu boykot kampaniyası hökumətdə dərhal ciddi qorxu yaradıb və onlar Leyla Yunusu dayandırmağa gəliblər, Azərbaycan xalqının, eləcə də Qərb ölkələrinin susqun qalacağına ümid edirlər.

Yunusovlar ailəsinin bu cür misli görünməmiş kobudluqla saxlanılması və həbsini də ancaq bununla izah etmək olar. Axı yaxşı məlumdur ki, 60 yaşlı Leyla Yunus ciddi xəstədir, o, şəkərli diabetdir və yalnız dərmanlara deyil, xüsusi qidaya ehtiyac duyur. Buna görə də onun  həbsdə saxlanılması – hüquq müdafiəçisinin vaxtsız vəfatına gedən yoldur.

Amma biz bəyan etmək istəyirik ki, SDİ öz fəaliyyətini davam etdirir. Digər tərəfdən inanırıq ki, Azərbaycan xalqı susmayacaq, hakimiyyətdən də qorxmayacaq. Eyni zamanda, beynəlxalq ictimaiyyət də müşahidə mövqeyini tutmayacaq.

Biz bütün azadlıq və demokratiya  ideallarına sadiq olan hər kəsə, Azərbaycanda fərqli düşünən insanlara və hüquq müdafiəçilərinə qarşı münasibətin dəyişməsinə nail olmaq üçün mübarizəyə qalxmağa çağırış edirik!

Sizin və bizim azadlığımız naminə!

SDİ-nin mətbuat xidməti, Bakı, 31 iyul, 2014-cü il.

Ana səhifəXəbərlərFərqli düşüncəyə və hüquq müdafiçilərinə qarşı mübarizə davam edir