Fərəc Kərimliyə oxunmuş hökm qüvvədə qaldı

Müsavt Partiyası məhkəmənin qərarını ədalətsiz hesab edir

Source:


Müsavt Partiyası məhkəmənin qərarını ədalətsiz hesab edir

İyulun 14-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökmünü dəyişmədən qüvvədə saxlayıb.

Müsavat Partiyası bununla bağlı bəyanat yayıb.

Meydan TV-yə göndərilən sənəddə deyilir:

“Hüquq-mühafizə orqanlarının qondarma ittihamları əsasında çıxarılan bu hökmün heç bir araşdırma aparılmadan, Fərəc Kərimlinin vəkili Nemət Kərimlinin irəli sürdüyü vəsatətlər təmin edilmədən qüvvədə saxlanılması Azərbaycanda ədalət mühakiməsi sisteminin mövcud olmadığını bir daha təsdiq edib.

Müsavat Partiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin sifariş əsasında qəbul etdiyi bu qərarın Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlamasını hakimiyyətin fərqli düşünən gənclərə, eləcə də siyasi opponentlərə qarşı repressiya siyasətinin davamı hesab edir. Məhkəmənin bu hökmünü vətəndaşları, əsasən də gəncləri siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq üçün uğursuz cəhd kimi qiymətləndirir.

Məcburi köçkün həyatı yaşamağa məcbur olan Kərimlilər ailəsinə qarşı həyata keçirilən bu haqsızlıq Azərbaycan hakimiyyətinin bu ailəyə qarşı amansız münasibətini nümayişidir.

Müsavat Partiyası bu həbsin siyasi sifariş olduğunu bəyan edərək, siyasi motivli həbslərə və məhkəmə hökmlərinə son qoyulmasını, vicdan məhbusu Fərəc Kərimlinin və digər siyasi məhbusların qeyd-şərtsiz, dərhal azadlığa buraxılmasını tələb edir”.

Ana səhifəXəbərlərFərəc Kərimliyə oxunmuş hökm qüvvədə qaldı