Fələstin səfirliyi poçt markası haqda açıqlama yaydı

“Marka həqiqi deyil və belə bir formada fələstinin rəsmi poçt möhürü yoxdur”

Source:


“Marka həqiqi deyil və belə bir formada fələstinin rəsmi poçt möhürü yoxdur”

Vesti.az saytı Fələstində “erməni soyqırımının 100 illiyi” adlı poçt markası buraxılması barədə məlumat birmənalı qarşılanmayıb. Meydan TV-nin olayla bağlı Fələstin dövlətinin Bakıdakı səfirliyinə sorğu göndərib.

Sorğumuza verilən cavabda bildirilib ki, marka həqiqi deyil və belə bir formada fələstinin rəsmi poçt möhürü yoxdur: “Səfirlik bütün obyektivliyi ilə ilk əvvəl bütün rəsmi fələstin poçt markaları ilə maraqlananları fələstin poçt qurumunun saytına daxil olmağa və qurumun buraxdığı poçt forma və nümunələrinin necə olduğunu öyrənməyə dəvət edir. Səfirlik açıq aydın, mübahisəsiz olan bir həqiqəti vurğulamaq istəyir ki, Fələstin Dövləti hökümət və xalq olaraq rəsmi Türkiyə Cumhuriyyəti və xalqı ilə çox güclü və xüsusi əlaqələrə malikdir və onun tərəfindən Türkiyə və Azərbaycanla əlaqələrinin pisləşməsinə gətirib çıxaran belə bir mövqenin sərgilənməsi mümkün deyildir. Xüsusilə bu fələstin siyasi mövqeyi ilə heç bir uyğunluq təşkil etmir”.

“Öz işində məsuliyyətli olan mətbuat nümayəndələrindən belə məsələlərdə tələsməməyi, facebookdakı istənilən bir şəxsin photoshop vasitəsilə bunu edə biləcəyinin mümkünlüyünü nəzərə alsaq xəbər mənbəyi kimi facebook-a istinad etməməyi, məntiqə söykənmələrini, məlumat və xəbəri məsuliyyətli və rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik ki, bu kimi məsələlər pis məqsədli insanlara fürsət verməsin. Bunun nəticəsində də onlar dost və qardaşlar arasında fitnə-fəsad yarada bilsin”, – deyə açıqlama bu fikirlərlə yekunlaşır.

Ana səhifəXəbərlərFələstin səfirliyi poçt markası haqda açıqlama yaydı