Fəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Source: Meydan TV


Prokurorluq məlumat yayıb

“Sədərək” Ticarət Mərkəzində baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlayıb.

Bu barədə Qaradağ Rayon Prokurorluğu məlumat yayıb.

Hadisə fevralın 20-də saat 14 radələrində baş verib. Ticarət mərkəzində təmir-tikinti işləri aparan fəhlə aldığı xəsarətlər nəticəsində ölüb.

Məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, “Sədərək” TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

“Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”, – məlumatda vurğulanır.

Hazırda iş üzrə istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Ana səhifəSosialFəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb